Evinin qarşısında 5 nəfərin hücumuna məruz qaldı

Evinin qarşısında 5 nəfərin hücumuna məruz qaldı
728 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Şevval Şahinlə eşq yaşayan Yiğit Marcus Aral evinin qarşısında 5 nəfərin hücumuna məruz qalıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Marcus polisə verdiyi açıqlamada onu vuranların Kerem Kamışlı tərəfindən tutulduğunu bildirib. Həmin şəxslərin onu döydükdən sonra "Keremin salamı var" ifadəsini işlətdiklərini açıqlayıb. Hadisə zamanı Şevvalın da Marcusun yanında olduğu deyilib.

Qeyd edək ki, Şevval Marcusdan ayrıldıqdan sonra Kerem Kamışlı ilə sevgili olmuşdu. Marcus onları birlikdə gördüyü restoranda Keremi stulla birgə dənizə atmışdı. Tərəflər arasında gərginlik Aralın Şevvaya 100 metr məsafəsinə qədər yaxınlaşmaması ilə bağlı qərarın alınması ilə yekunlaşmışdı. Daha sonra cütlük yenidən eşq yaşadıqlarını açıqlasalar da, Şevvalın təhdid altında Marcusla bərabər olduğu iddia edilmişdi.