"16 il sonra mənə yenidən aşiq olub"

"16 il sonra mənə yenidən aşiq olub"
6199 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hər ailədə söz-söhbət olur. Bizim söhbətimiz 5 dəqiqə çəkir. Bir-birimizi dava edib, yeyirik, 5 dəqiqə sonra gülürük. Ailə qurmazdan əvvəl 4 il görüşdük, 1 il nişanlı qaldıq. 5 il ərzində bir-birimizin hər şeyini öyrəndik. Bütün xasiyyətimizə bələd idik. Ona görə də evlənəndə sürpriz olmadı".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva "Bu ana kimi" verilişində deyib. Həyat yoldaşı Yusiflə efirə çıxan sənətçi ailəsindən danışıb. O bildirib ki, bütün iş görüşlərinə həyat yoldaşı ilə gedir:

"İş danışığına bir gedirik. Mənim heç bir işimə yox deməyib. Bilirəm ki, nə olmaz. Onun "yox" deyəcəyi, işə özüm əvvəldən etiraz edirəm. Bizim 5 il bir-birimizi tanımağımız münasibəti bərkidib. O gün işə getmişəm. Hər 15 dəqiqədən bir görüntülü zəng edir, mesaj yazır. Deyirəm, sənə nə olub? Bilmirsən, haradayam? Deyir, 40 yaş sindromu yaşayıram. 16 il sonra yenidən aşiq olmuşam".

Yusif isə xanımı haqda "Bütün rol təklifini mən soruşmamış özü gəlib deyir. Uşaqların üstünə çox qışqırır, xoşlamıram. Deyirəm ki, bir gün səsin batacaq" sözlərini söyləyib.