Sabahdan bu marşrut da "BakıKart"la işləyəcək

Sabahdan bu marşrut da "BakıKart"la işləyəcək
1280 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabahdan 160 nömrəli marşrut xətti ("Koroğlu" NMM - Binə qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

Yeni Ramana 141 Sabunçu rayonu

Yeni Ramana 233 Sabunçu rayonu

Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.)

Südçülük (Binə qəs.)

Mehriban Qonşular küç. (Binə qəs.)

Nizami Abbasov 24 (Binə qəs.)