Əcnəbi ilə ailə quran azərbaycanlı məşhurlar - Fotolar

Əcnəbi ilə ailə quran azərbaycanlı məşhurlar - Fotolar
5444 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir vaxtlar şou-biznesdə məşhur simalardan olan bəzi sənətçilər əcnəbi ilə ailə quraraq ölkədən köçüblər. Kimisi sənətdən uzaqlaşıb, kimisi hərdən yenilik təqdim edərək yaddaşlarda qalmağa çalışır.

Axşam.az əcnəbi ilə ailə quran tanınmışları təqdim edir:

Müğənni İradə İbrahimova Ceyhun İzer adlı türkiyəli iş adamına ərə gedib. Sənətçi ailə qurduqdan sonra Türkiyəyə köçüb. Hazırda iki övladı olan İradə gec-gec səhnəyə çıxır.

  

Müğənni Aygün Miyak da Türkiyə vətəndaşı Halukla ailə qurub. Aygün ərə getdiyi andan İstanbulda yaşayır. Onun bu nikahdan iki övladı var. Aygün müğənnilikdən uzaqlaşıb.

Aparıcı Xoşqədəm Hidayətqızı da əcnəbi ilə ailə quran məşhurlardandır. O, Türkiyənin tanınmış müğənnisi Doğuşla nikah masasına oturub. Cütlüyün Arın və Arda adlı əkizləri dünyaya gəlib.

Xalq artisti Fidan Hacıyeva İngiltərə vətəndaşı Filipplə ailə qurub. Onun bu nikahdan iki övladı var.

Əməkdar artist Məlahət Abbasova da Türkiyə vətəndaşı ilə ailə qurub. Aktrisanın bir qız, bir oğlan övladı var. 

Müğənni Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Onun bu nikahdan Ömər adlı oğlu var.

Müğənni Dilarə Kazımova da Türkiyə vətəndaşı ilə ailə qurub. Mərt Aslan və Dilarənin toyu 2014-cü ildə baş tutub. Cütlük bir neçə il sonra boşanıb.

Aktrisa Cəmilə Tağızadə Murad Temiz adlı Türkiyə vətəndaşına ərə gedib. İstanbulda yaşayan Cəmilənin bir övladı var.

Xalq artisti Yusif Eyvazov Rusiyanın Xalq artisti Anna Netrebko ilə ailə qurub. cütlük Moskvada yaşayır. 

 

Aparıcı Günel Musəvi uzun illərdir ABŞ-a köçüb. Aparıcı bir müddət əvvəl orada yaşayan azərbaycanlı ilə ailə qurub. Onun bu evliliyi uzun çəkməyib. Günelin bu nikahdan qızı dünyaya gəlib. O, ikinci dəfə əcnəbi bəylə ailə qurub və bir oğlu doğulub.

 

Fəaliyyəti dayandırılmış ANS telekanalında yayımlanan "Kamerton" proqramı ilə tanınan Gülnarə Məmmədova da Özgür adlı türk vətəndaşı ilə ailə qurub. Onun bu nikahdan bir övladı var. Bu aparıcının ikinci evliliyidir.