Bu fotoya görə 150 min alacaq

Bu fotoya görə 150 min alacaq
1326 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı və aktyor Selçuk Yöntem "Bambi cafe" adlı yerdə tost yeyərkən fotosu çəkilərək icazəsiz kafenin reklamında istifadə olunub. Aktyor bununla bağlı məhkəməyə müraciət edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, S.Yöntemin təzminat davası məhkəmə tərəfindən təmin edilib.

Sözügedən kafenin sahibi aktyora 100 min maddi və 50 min isə mənəvi olmaqla ümumilikdə 150 min lirə (təxminən 29 min 439 manat) təzminat ödəyəcək.