Məşhurlar gözəllik sirlərini açıqlayıb

Məşhurlar gözəllik sirlərini açıqlayıb
1013 dəfə oxunub
  • A-
  • A
  • A+

Zaman keçsə də film ulduzları gözəlliklərindən heç nə itirmir. Bəs bunun sirri nədədir?

Axşam.az ulduzların hər zaman gənc və baxımlı görünmələrinin yollarını təqdim edir.

25 yaşlı hollandiyalı model Romi Stric parlaq və həcmli saçlarının sirrini avokadoya borclu olduğunu söyləyib: "Hər gün avokado içirəm. İçindəki yağlar dərimi və saçımı qidalandırır".

Stric saçlarının tökülməməsi üçün heç vaxt onları nəm buraxmır, duşdan sonra dərhal qurulayır.

47 yaşlı aktrisa Viktoriya Bekham dərisini həftədə iki dəfə ölü hüceyrələrdən təmizləyir. Yüngül tərkibə malik baxım vasitəsilə cildini pilinq edərək illərdir hamar və gənc görünüşə sahibdir.

Amerikalı 21 yaşlı aktrisa Kloe Qreys Moretz hər gecə yatmazdan əvvəl üzünə zeytun yağı və ya bal maskası ilə qulluq edir. "Filtirsiz gözəlliyi sevirəm və əsasən makiyaj etmirəm. Sadəlik mənim üçün əsasdır" deyə, aktrisa görünüşü ilə bağlı fikirləri ifadə edib.

Makiyajını təmizləmədən yatmadığını bildirən Emili DiDonato bol su içmək və nəmləndirici kremlərdən istifadə etməklə yanaşı dodaqlarını və qaşlarını fırçaladığını, antioksidan serumlar işlətdiyini və dondurucu bir üz maskası tətbiq etdiyini qeyd edir.

Sofiya Verqara "Health" jurnalına verdiyi müsahibədə gözəllik sirrinin kalendula yağında olduğunu bildirib. Dərisinin kosmetik məhsullara reaksiya verdiyini ifadə edən aktrisa "Gecələr üzümü yuduqdan sonra kalendula yağı çəkirəm. Bu dərimi sakitləşdirir. Gün ərzində işlədiyim üçün istifadə edə bilmirəm. Amma həmişə günəşdən qoruyucu krem ​​çəkirəm" açıqlayıb.

Tez oyanmaq və ya solğun görünüşünü canlandırmaq Keyt Hadsonun buzlu sudan istifadə edir. Üzünü buzlu suda bir neçə saniyə saxlayan ulduz bununla məsamələrin həcmini azaltdığını vurğulayır.

Miranda Kerr isə gözəllik sirlərini "Forbes" jurnalına verdiyi müsahibədə bölüşüb. Sağlam cildin gəncliyindən bəri onun üçün böyük önəm daşıdığını söyləyən Miranda zamanla noni meyvəsinin müalicəvi xüsusiyyətlərə malik olduğunu kəşf edib. Bununla da onun dərisi daim yumşaq və işıqlıdır.

"Victoria's Secret"in model Qreys Elizabetin parlaq görünməyin sirlərinə dair məsləhətləri isə belədir: "Səhər üzümə və boynuma bir neçə damla avokado yağı sürtürəm. Zülalla zəngin kokos yağını yüksək qoruyucu faktorlu kremlə qarışdırıb bədənimə tətbiq edirəm. İşıqlandırıcı yuxu maskası sayəsində üzümdə yorğunluq izi yoxdur. Təyyarədən düşüb birbaşa çəkilişə gedəndə bu mənim işimə yarayır".

Dünyaca məşhur italiyalı aktrisa Monika Belluççi saçları üçün həftədə 1-2 dəfə şampun istifadə etdiyini deyir.
Saçlarını parlatmaq üçün diblərinə zeytun yağı sürtdüyünü qeyd edən 56 yaşlı aktrisa heç vaxt fendən istifadə etmədiyini vurğulayır.

52 yaşlı ulduz Cennifer Enistonun gənclik sirri hər səhər protein tozu ilə hazırladığı bir "smoothie" (meyvə qarışığı) içməsidir. O, heç vaxt botoks etdirmədiyini, hər səhər üzünü sabun və su ilə yuduqdan sonra nəmləndirici kremdən istifadə etdiyini söyləyir.

İşi ilə əlaqədar olaraq hər zaman formada qalmalı olduğunu vurğulayan danimarkalı model Cozefina Skriverin sirri idmandır. "Düşünürəm ki, hər kəs mütəmadi olaraq idman etməlidir. Bunun xaricində zamanla detoksla bədənimi təmizləyirəm. Limon əvəzolunmazdır. Onu dəriyə qulluq və qidalanma ilə əlaqədar olan hər şeyə əlavə edirəm" deyə, aktrisa bildirir.

"Victoria's Secret"in digər məşhur modeli Karli Kloss dərisini dörd mərhələdə təmizləyir. 28 yaşlı model əvvəlcə üzünü buzlu su ilə 20 saniyə yuyur. Daha sonra cildini təmizləyici maska ​​ilə təmizləyib nəmləndirici krem ​​istifadə edir. Ən sonda soyuq masaj edərək üzünü makiyaja hazırlayır.

Məşhur 54 yaşlı aktrisa Nikol Kidman yaşının irəliləməsinə baxmayaraq gənc görünüşünün sirrini retinol ehtiva edən kremlərə borcludur. O, gün ərzində cildinə günəşdən qoruyucu və sink tərkibli kremlər çəkir.

Keyt Moss gözəllik sirrini "Stela" jurnalı ilə bölüşüb. "Bir qabı buz, soyuq su və doğranmış xiyar doldurun və üzünüzü bacardığınız qədər bu suda saxlayın. Bu şişkinliyi azaldacaq və dərini sıxlaşdıracaq" deyən Keyt ağır makiyajdan çəkinməyi tövsiyə edir.

Gündə iki dəfə dərisini təmizləyən model Rozi Hantinqton axşam saatlarında makiyajını çıxarmaq üçün daha sıx məhsullara üstünlük verir. Eyni zamanda yüngül, dərini nəmləndirən və dərisini yormayan məhsullarla qulluq prosedurunu tamamlayır.

Krissi Teygen maska ​​asılılığı olduğunu deyib. Uçuşlar zamanı belə qulluq qaydalarından güzəştə getməyən model gərilmiş və parlayan dərisinə ciddi qulluq rutininə həmişə yarpaq maskaları əlavə edir.