Bu məşhur obyektlər Xəzəri çirkləndirib

Bu məşhur obyektlər Xəzəri çirkləndirib
522 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzərin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərindən dənizə axıdılan tullantı sularının müəyyən olunması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrinə əsasən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb.

Axşam.az xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, monitorinqlər zamanı Xaçmaz rayonunun sahil zolağında fəaliyyət göstərən “Bulaq" və "Üç Qardaş" istirahət mərkəzlərindən tullantı sularının təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib:

“Eyni zamanda, “Rüfət”, “Dostluq”, “El-Faro”, “Üç Qardaş”, “Yaşıl Ada” ictimai-iaşə obyektlərində və vətəndaş Yusif Abdullayevə məxsus kafedə məişət tullantılarının qalaqlanması faktları aşkar olunub”.

İdarənin rəsmisi qeyd edib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib.