Bu dəfə onlar münsif oldular

Bu dəfə onlar münsif oldular
1152 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur "The Voice" - "Səs Azərbaycan" layihəsi yeni mövsümündən etibarən İTV kanalında yayımlanacaq.

Axşam.az xəbər verir ki, həftəlik proqramın ilk bölümü 8 oktyabr tarixində saat 21:30-da izləyicilərə təqdim olunacaq. Layihədə münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalya Ağayeva, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və bəstəkar, ifaçı Murad Arif əyləşəcək.

Xatırladaq ki, layihə daha əvvəl AzTV telekanalında yayımlanıb. Həmin vaxt müğənni Emilia Yaqubova ilk mövsümün qalibi olub. İlk buraxılışda münsif kürsüsündə Xalq artistləri Mübariz Tağıyev, Faiiq Ağayev, Tünzalə Ağayeva və Əməkdar artist Manana əyləşmişdi.