Maska taxmayan sürücü və sərnişinlər cərimələndi - Foto

Maska taxmayan sürücü və sərnişinlər cərimələndi - Foto
519 dəfə oxunub
  • A-
  • A
  • A+

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda nəzarət tədbirlərini gücləndirib.

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən yoxlamalar zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, pandemiya dövrünün tələblərinə laqeyd yanaşdığı aşkarlanıb.

Mövcud qaydalar bir daha onların diqqətinə çatdırılıb və barələrində intizam tənbeh tədbirləri görülüb.