Nənəsi öldü, ögey babasına ərə getdi

Nənəsi öldü, ögey babasına ərə getdi
1719 dəfə oxunub
  • A-
  • A
  • A+

Ən çox izlənən şoulardan olan "The Real Housewives"ın məşhur simalarından olan Meri Kosbi haqqında gözlənilməz iddia ortaya atılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun haqqında "O qadın dünyaya gəlmiş ən pisruhlu şeytandır" sözləri deyilib. Kosbinin nənəsi öləndən sonra ögey babasına ərə getdiyi ortaya çıxıb.

Kosi isə nənəsinin arzusu ilə bu addımı atdığını deyib:

"Nənəm onun yerini almağımı istədiyini özü dedi. Robertın gəncliyini oğurladığını deyirdi. Hər zaman deyirdi ki, əgər mənə bir şey olsa, qızlarımdan biri ilə evlən. İnanırdı ki, ona ancaq biz sadiq ola bilərik. Robertlə evləndim. Bunu istəmirdim. Qəribə gəlirdi, amma nənəmin arzusunu yerinə yetirdim. Onun dediyi hər kəlməyə inanıram".