Kıvançla Kənanın aktyorluğunu bəyənmədiyini açıqladı

Kıvançla Kənanın aktyorluğunu bəyənmədiyini açıqladı
881 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli şoumen Mehmet Əli Ərbil ölkənin məşhur aktyorları haqqında açıqladığı fikirlər diqqət çəkib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, şoumen Kıvanç Tatlıtuğ və Kenan İmirzalıoğlunun aktyorluğunu qənaətbəxş hesab etmədiyini bildirib:

"Can Yamanı izləmirəm. Bir dəfə serialda rast gəldim. Mədəniyyətli oğlandır. İtalyanca, ingiliscə bilir. Bunu yüksək qiymətləndirirəm.

Serenay Sarıkayanı sevirəm. Həm səsi, həm aktyorluğu, həm də aurası var. Dünya ulduzları ilə mübarizə apara biləcək addır.

Kıvanç Tatlıtuğun "Organized işler"dəki rolu çox şişirdildi, mənə süni görünürdü. Kənan İmirzalıoğlunu isə həmişə eyni görürəm".