Keçmiş sevgilisinin 17 günlük həbsini istəyir

Keçmiş sevgilisinin 17 günlük həbsini istəyir
688 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Aygün Aydın yenidən məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə keçmiş iş adamı sevgilisi Hakan Sabancının məhkəməyə müraciəti ilə haqqında uzaqlaşdırma qərarı alınan aktrisaya buna riayət etmədiyi üçün 3 gün həbs cəzası verilmişdi. İndi isə Aygün Aydının 17 gün həbsxanada yatması tələb olunub. Buna səbəb isə aktrisanın sosial şəbəkə vasitəsi ilə Hakan Sabancı barədə paylaşımlar etməsi olub.

A.Aydın qərara etiraz edib və özünü belə müdafiə edib:

"Paylaşımda Hakan Sabancının adı çəkilmir. Evimin qarşısında hər gün qara avtomobil dayanır. Təhlükəsizliyimdən narahatam, qararın ləğv olunmasını tələb edirəm".