Əməkdar artist şəhid anasının arzusunu gerçəkləşdirdi - Video

Əməkdar artist şəhid anasının arzusunu gerçəkləşdirdi - Video
1998 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Cabir Abdullayev şəhid anasının arzusunu reallaşdırıb.

Axşam.az xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində danışılıb. Şəhid Səxavət Məmmədovun anası Mətanət Məmmədova bildirib ki, oğlunun toyunda Cabir Abdullayevin oxumasını istəyib, lakin bu arzusu ürəyində qalıb:

“Anım Günü Şəhidlər xiyabanında təsadüfən Cabir Abdullayevi gördüm. Dedim ki, bir arzum var idi. İstərdim ki, balamın toyunda gəlib oxuyasınız, amma o arzu ürəyimdə qaldı. Dedim ki, Cabir müəllim, oğlum şəhid olub. Bəlkə, balamın məzarı üstündə “Qarabağ şikəstəsi” oxuyasan. Balamın da ruhu şad olar, mən də şad olaram”.

Əməkdar artist şəhid anasının bu istəyini gerçəkləşdirib və S.Məmmədovun məzarı üstündə “Qarabağ şikəstəsi”ni oxuyub.