"Oğluma heç vaxt icazə vermərəm..." - Zamiq

"Oğluma heç vaxt icazə vermərəm..." - Zamiq
1427 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov övladı ilə bağlı açıqlamasıyla müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçi oğlunun müğənni olmasına qarşı çıxacağını deyib. Bu haqda "Həmin Zaur" proqramında danışan ifaçı bunun səbəbini açıqlayıb:

"Heç vaxt... Hansı sahəni seçir seçsin müğənni, musiqiçi olmasın. Demirəm pisdir, ən yaxşı sənətdir. Çox xoşbəxtəm ki, musiqiyə xidmət edirəm. Amma yaşadığım çətinliklər gözümün önündən keçir, istəmirəm oğlum da onları görsün.

Ancaq musiqi qanında var. 2 yaşı var, notları dəqiq tutur. Hərdən istəyirəm tutub dişləyim ki, bu notları haradan öyrənmisən?".