Xalq artisti şəhid qardaşı oğlundan danışıb ağladı - Video

Xalq artisti şəhid qardaşı oğlundan danışıb ağladı - Video
1439 dəfə oxunub
  • A-
  • A
  • A+

"Müharibə başlayanda qazi qardaşım Zülfüqarın oğlu İsrafil İbrahimov könüllü olaraq getdi. Ona atamızın adını qoymuşduq. Anasına demişdi ki, mənimlə fəxr edəcəksiniz: ya qazi, ya da şəhid kimi qayıdacam".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "1 dəqiqə" proqramında deyib. Müğənni şəhid İsrafil İbrahimovdan danışıb, ağlayıb:

"Şəhid olmazdan bir gün əvvəl hamımıza zəng etdi. Bəlkə də ürəyinə dammışdı. Mənə də yığdı, kefi çox yaxşı idi. Dedim, özünü qoru, müharibənin bitməsinə az qalıb. Cavab verdi ki, əmi, vətəni qoruyuruq, özümüzü qorumağa vaxtımız yoxdur".

Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. O, Ağdamda dəfn edilib.