Xalq artistinin qızına 70 nəfərin zəhərlənməsinə görə hökm oxundu

Xalq artistinin qızına 70 nəfərin zəhərlənməsinə görə hökm oxundu
2330 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə ittiham edilən Tamilla Sadıxovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axşam.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Super Servis Keyterinqi” MMC-nin rəhbəri T.Sadıxova 2 min manat cərimə edilib.

Müsabiqənin imtahanda yeməkləri təmin edən şirkət rəhbəri Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, hadisə zamanı texniki heyət, işçi qrupun üzvləri və müsabiqə iştirakçıları arasında 70 nəfər qidadan zəhərlənmişdi. T.Sadıxova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.