Şahzadə və Keytlə bağlı maraqlı fakt

Şahzadə və Keytlə bağlı maraqlı fakt
1209 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilislərin əksəriyyəti Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun münasibətlərinə pərəstiş edir. Bu ilin aprelində 10 illik toy ildönümünü qeyd edən Keyt Uilyam hər kəs tərəfindən ideal, son dərəcə güclü və mehriban cütlük kimi qəbul olunur. Ancaq bu həmişə belə olmayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bir zamanlar şahzadə Keyt ilə ayrılmaq qərarı alıb. Bu pis əhval-ruhiyyənin təsiri altında şıltaqlıqdan irəli gələn addım olmayıb. Bu ayrılıq haqda ingilis mediasında xəbərlər yazılsa da, onun səbəbi bu günə qədər açıqlanmayıb. Bu günlərdə isə həmin ayrılığın səbəbi ortaya çıxıb.

Məlumdur ki, Uilyamın valideynlərinin evliliyi ilə bağlı çox çətin, travmatik xatirələri var. Valideynlərin boşanması, ardından anası şahzadə Diananın ölümü, atası Çarlzla uğursuz evliliyi də buna təsir edib. O, ən çox atasının səhvini təkrarlamaqdan çəkinib. Şahzadə həyatını keçirəcəyi qadını yanlış seçməkdən qorxub.

Düşüncələrini kraliça Elizabetlə bölüşdükdən sonra onun da belə bir narahatlığının olduğunun fərqinə varıb. Kraliçanın da qorxusu gələcəkdə ailəsində başqa bir boşanma ola bilmə ehtimalı olub. O, nəvəsinə Keytə evlilik təklif etməzdən əvvəl yaxşı düşünməyi tövsiyə edib.

Bütün bunların fonunda Uilyam ayrılıqdan vaz keçib və Keytə evlilik təklifi edib.