Metroda koronavirus xəstəsi saxlanıldı - Foto

Metroda koronavirus xəstəsi saxlanıldı - Foto
893 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı metrosunun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib:

"Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam davam etdirilir".