Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
687 dəfə oxunub
  • A-
  • A
  • A+

Polşalı aktyor Pavel Noviş 81 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Xoşbəxtliyin rəngi" serialının çəkiliş qrupu məlumat yayıb.

"Çox təəssüf hissi ilə, görkəmli aktyor və dostumuz Pavel Novişin ölümünü elan edirik. Serialın yaradılmasında onunla işləməkdən şərəf duyuruq və onu heyranlıq hissi ilə xatırlayacağıq", deyə, ekran işinin feysbuk hesabında qeyd olunub.