Hande reklamdan 1,5 milyon qazandı

Hande reklamdan 1,5 milyon qazandı
709 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Hande Erçel 4 ildir birlikdə çalışdığı geyim markası ilə yenidən müqavilə imzalayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa markanın payız-qış kolleksiyası üçün obyektiv qarşısına keçib. Onun reklam çarxı üçün 1,5 milyon lirə (təxminən 275 min 026 manat) aldığı iddia edilib.

Handenin sağlamlıq və şəxsi baxım şirkətinin diş macunu reklamlarında oynamaq üçün isə 2 milyon lirə təklif aldığı bildirilir.

Qeyd edək ki, sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktrisa tərəf müqabili Kerem Bürsinlə eşq yaşayır.