Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il keçir

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il keçir
560 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətən müharibəsinin gedişində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

Axşam.az xəbər verir ki, ötən il oktyabrın 17-si gecə saatlarında düşmən növbəti hərbi cinayətə əl ataraq, Gəncəni ballistik raketlərlə atəşə tutub.

Bu terror aktı nəticəsində 16 nəfər şəhid olub, 55 vətəndaşımız isə yaralanıb. Bundan başqa, bir sıra yaşayış evləri tamamilə dağılıb.