Qaydaları pozan şadlıq evi 4000 manat cərimələndi

Qaydaları pozan şadlıq evi 4000 manat cərimələndi
369 dəfə oxunub
  • A-
  • A
  • A+

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Axşam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı "icaze.e-gov.az" portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.