Polis repçini hava limanında tutub şöbəyə apardı

Polis repçini hava limanında tutub şöbəyə apardı
1247 dəfə oxunub
  • A-
  • A
  • A+

Sakarya bölgəsində təşkil edilən "Jungle Mood Festivali" üçün Türkiyəyə gələn Murda ləqəbli məşhur repçi Mehmet Önder Doğan polis tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, polis musiqiçini hava limanında saxlayıb. Buna səbəb onun pasportunda olan problem olub.

Hazırda polis nəzarətində olan repçinin 2500 insanın yer alacağı konsertdə səhnəyə çıxmalı olduğu bildirilib. Polis hələ Murdanı azadlığa buraxmayacağını dediyi üçün, konsert təxirə salınıb və biletlər geri qaytarılmağa başlanılıb.