"Koronavirusun simptomları dəyişib" - Baş infeksionistdən xəbərdarlıq

"Koronavirusun simptomları dəyişib" - Baş infeksionistdən xəbərdarlıq
3860 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ötən illə müqayisədə koronavirusun simptomlarının dəyişdiyi müşahidə olunur".

Axşam.az xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, simptomlar təxminən qrip və digər respirator xəstəliklərlə eynidir:

"Hava-damcı infeksiyaları tənəffüs yollarını zədələyir. Əvvəl koronavirus xəstələrində hərarət, quru öskürək, iy və dadbilmənin itməsi əsas simptomlar idisə, "Delta"da daha çox qrip və digər respirator xəstəliklərin əlamətləri müşahidə olunur. Hazırda iybilmə və dadbilmənin itməsinə daha az rast gəlinir.

Həmçinin, inkubasion müddətin daha qısa olduğunu və xəstəliyin daha tez ağırlaşmasını görürük. Yoluxma daha çox yaxın təmasda olan insanlar arasında müşahidə olunur.

Əvvəllər hər ailədən bir nəfər xəstələnirdisə, indi görürük ki, ailənin digər fərdləri də xəstəliyə qarşı müqavimətləri yoxdursa, yoluxurlar".