Xalq artisti toyuna 1 gün qalmış evdən qaçıbmış - Video

Xalq artisti toyuna 1 gün qalmış evdən qaçıbmış - Video
1926 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Gülyanaq Məmmədova 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda “1 dəqiqə” verilişində danışıb. O bildirib ki, buna səbəb sənətçinin ailəsi tərəfindən sevmədiyi dayısı oğlu ilə ailə qurmağa məcbur edilməsi olub:

“Bu, o demək deyil ki, dayım oğlunu qoyub qaçmışam. 1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Arzularımın ardınca qaçmışam”.

Həmin günlərlə bağlı anasının müsahibəsini izləyən G.Məmmədova göz yaşlarına hakim ola bilməyib.