Ukrayna Rusiyanın bəzi aktyorlarını “qara siyahı”ya saldı

Ukrayna Rusiyanın bəzi aktyorlarını “qara siyahı”ya saldı
310 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi dövlətin milli təhlükəsizliyinə təhdid hesab etdiyi mədəniyyət xadimlərinin siyahısına daha 21 ad əlavə edib.

Axşam.az TASS-a istinadən xəbər verir ki, yenilənmiş siyahıya 2014-cü ildəki Luqansk hadisələri haqda Rusiya istehsalı olan "Солнцепек" filmin yaradıcı heyətinin adları daxil edilib.

Onlar arasında filmin rejissorları Maksim Brius və Mixail Vasserbaum, prodüserlər Sergey Şeqlov və Genrix Ken, operatorlar Qarik Jamqaryan, Aleksandr Polaqayev, Vladislav Qurçin, baş rol ifaçıları Vladimir İlyin, Aleksey Kravçenko, Maksim Daxnenko, Marina Denisova, Andrey, Nikita və Svetlana Terentyevlər və digərləri var.

Hazırda sözügedən siyahıda ümumilikdə 227 ad yer alıb.