Meyxanaçı Cavid Babaşovun narkotiki təhvil vermə anı - Video

Meyxanaçı Cavid Babaşovun narkotiki təhvil vermə anı - Video
1085 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış meyxanaçı Cavid Sumqayıtlının (Babaşov) saxlanıldıqdan sonra polis bölməsində narkotiki təhvil vermə anının videogörüntüsü yayılıb.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, videoda C.Babaşovun protokolla tanış olduqdan sonra üzərindəki narkotiki çantasından çıxararaq stolun üzərinə qoyduğu görünür.

Rəsmi açıqlamaya görə, Sumqayıt şəhər sakini C. Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-ci il tarixində saxlanılıb.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

C.Babaşovun qardaşı Telman Babaşov AzadlıqRadiosuna bildirib ki, Cavid ittihamları qəbul etmir. O, ailə üzvləri ilə telefon danışığında şərləndiyini deyib.

Cavid Babaşovun 2016-cı ildə Rəsulzadə haqqında oxuduğu meyxanasına görə həbs edildiyi ilə bağlı fikirlər yayılıb. Daxili İşlər Nazirliyi iddialara münasibət bildirərək bu fikirlərin əsassız olduğunu bildirib. Əlavə edilib ki, C.Babaşov istintaqa öz əməlini etiraf edib.