Məhkəmə sevgilisini bıçaqlayan fenomeni sərbəst buraxdı

Məhkəmə sevgilisini bıçaqlayan fenomeni sərbəst buraxdı
700 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media fenomeni, 22 yaşlı Cin Eksum sevgilisini bıçaqlamaqda günahlandırılır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, fenomenin Manhettendəki evində mübahisə yaşadığı sevgilisini mətbəx bıçağı ilə yaraladığı bildirilib. Hadisə zamanı yaralanan 30 yaşlı adını açıqlanmayan şəxs Cin tərəfindən qolundan və kürəyindən bıçaq zərbələri aldığını qeyd edib.

Polis tərəfindən gözaltına alınan fenomenin işi məhkəməyə göndərilib. Məhkəmə Cinlə bağlı əvvəllər hər hansı cinayət işinin olmamasını göz önünə alaraq heç bir girov qarşılığı olmadan onun sərbəst buraxılmasına qərar verib.