Metroda koronavirus xəstəsi saxlanıldı - Foto

Metroda koronavirus xəstəsi saxlanıldı - Foto
681 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı metrosunun "Memar Əcəmi" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Cinayət qanunvericiliyinə uyğun olaraq, Ç.Orucov barəsində prosessual tədbirlər davam etdirilir.