Məşhur repçi onu görənləri qorxuya saldı - Fotolar

Məşhur repçi onu görənləri qorxuya saldı - Fotolar
1038 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder repçi Kanye Uest hər kəsi təəcübləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York küçələrində görüntülənən repçini üzündəki maskaya görə tanımaq mümkün olmayıb. Küçədə onunla rastlaşan sakinlər hətta qorxuya düşüblər.

Dəri rəngindən fərqlənən maska geyinən sənətçinin bunu hansı səbəbdən etdiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, repçi bu yaxınlarda Belçikada da ağ rəngli maskada gəzərkən görüntülənmişdi.