Həyat yoldaşına 1,7 milyonluq üzük bağışladı

Həyat yoldaşına 1,7 milyonluq üzük bağışladı
1466 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur cütlük Vera Brejneva və Konstantin Meladze evliliklərinin növbəti ildönümünü qeyd edib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, 2015-ci ildə İtaliyada evlənən cütlük bu dəfə də özəl günlərini fərqli qeyd etməyə çalışıb.

Vera sosial şəbəkədə paylaşım edərək, hisslərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, uzaqda olsa da, ərinin yanına uçacaq və gecəni birlikdə keçirəcəklər.

Konstantin özəl gün münasibətiylə Brejnevaya brilyant üzük bağışlayıb. 1,74 əyyarlı üzüyün dəyəri 1,7 milyon rubldur.