Həkim Almaz Ələsgərliyə danışma qadağası qoyub

Həkim Almaz Ələsgərliyə danışma qadağası qoyub
3090 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hərdən deyirəm, gedəcəm əməliyyata hər yerimi kəsdirəcəm. Olacam incə. Qızlarım deyir, sən etsən, şirinlik olmayacaq. Səni ana kimi görmək istəyirik. Gedən deyiləm amma".

Axşam.az xəbər verir ki, bu szöləri Əməkdar artist Almaz Ələsgərli "Söz baz" proqramında deyib. Müğənni son vaxtlar səhnədən uzaqlaşıb, ancaq teatrda çalışmasından danışıb:

"Əvvəl həvəs var idi. Görürdün biri klip çəkib, gedirdin sən də çəkdirirdin. Cavanlıq başqa bir şeydir. İndi yolu verdik cavanlara, sənətdən ayrıldım. Pandemiyada heç yerə çıxmadım. 2 ilə yaxındır, səhhətimdə problemlər oldu. Həkim demişdi, susmaq lazımdır, danışmaq olmaz. Boğazımda problemlər var idi. Şükür, çətinlikdən çıxdım, hər şey yaxşıdır.

İki qızım, iki nəvəm var. Bir ara övladlarımla bağlı həyatımızda qara xətt oldu. İndi, şükür... Böyük qızım gözəl ailəyə gəlin gedib. İki övladı var. Çox yaxşı kürəkənim var...".