"3 "Rolls-Royce" birdən sürməliyəm, böyük adamam" - Video

"3 "Rolls-Royce" birdən sürməliyəm, böyük adamam" - Video
2285 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tarixin bir günü" proqramında Əməkdar artist Cavanşir Məmmədovla prodüser Tarix Əliyev arasında gərgin anlar yaşanıb.

Axşam.az xəbər verir ki, Tolik  müğənninin ünvanına "Televiziyanı açırıq, kanalın birində Firuzə İbadova, digərində Yaşar Nurinin qızı ağlayır. Ayı 300 manata işləyənlər nə edir? Vaxtında gedib toylardan qazanmısınız, nə vergi ödəmisiniz, nə bir şey. Verginin də hamısını ödəməmisiniz" sözləri qarşı tərəfi özündən çıxarıb. 

"Vergimi ödəmişəm, heç kim qazancını ödəmir. Bağımı satıb "Rolls-Royce" almışam. Acından ölməliyəm? İki, üç "Rolls-Royce"u birdən sürməliyəm. 50 ildir xalqıma xidmət edirəm. Sənətim də, özüm də böyüyəm. İbrahim Tatlısəsin 9 təyyarəsi var".

Tolikin "Bağı almaq üçün də toy oxumusunuz. Toy oxumusunuz, nə vaxt konsert vermisiz? Bu ölkənin alimi, həkimi var, 300 manata işləyir. Bu ölkədə əziyyəti olan çoxdur. İki il evdə oturmusuz, yığdığınızı yığmısız. Onda qazi ailəsinə nə deyək?" sözlərinə müğənni "Stadionda 10 min insana konsert vermişəm" cavabını verib.