Mükafat almadan lider oldular

Mükafat almadan lider oldular
321 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qremmi 2022" namizədlərinin siyahısı açıqlanıb.

Axşam.az xəbər verir ki, reper Cey-Z-nin adı növbəti dəfə siyahıda yer almaqla tarixə düşüb. Onun karyerası ərzində aldığı nominasiyaların sayı 83-ə çatıb. O, bu günə qədər cəmi 23 dəfə bu mükafatı qazanmağa nail olub. Rok musiqiçisi Sir Ceyms Pol Makkartni 81 nominasiya ilə reperdən geridə qalır.

Bu il nominasiyalar üzrə liderlik isə caz ifaçısı Con Batistə aiddir. O, 11 kateqoriyada yer alıb.

Castin Biber, Doja Cat və H.E.R. ayrı-ayrılıqda 8 nominasiya üzrə yarışacaq.

Eyni zamanda, İsveçin ABBA qrupu da 40 ildə ilk dəfə yeni albom buraxan nominasiya uğrunda mübarizə aparmağa haqq qazanıb. 

Qeyd edək ki, mərasim 2022-ci il yanvarın 31-də baş tutacaq.