Şimali Koreyada bir şagird "Squid Game"ə görə güllələnəcək

Şimali Koreyada bir şagird  "Squid Game"ə görə güllələnəcək
2057 dəfə oxunub
  • A-
  • A
  • A+

"Netflix"in reytinqlərdə ilk sırada yer alan "Squid Game" serialının surətini Şimali Koreyalı gətirən ölkə vətəndaşı edam cəzasına məhkum edilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, Şimali Koreyada lisey şagirdi ötən həftə sözügedən serialın surətini USB mobil yaddaş cihazında gizlədərək Çindən ölkəyə daxil olub. Həmin şəxs nüsxələri digər şagirdlər də daxil olmaqla bir neçə şəxsə satdıqdan sonra ölkənin müşahidə xidmətləri tərəfindən tutulub. Onun barəsində edam edilmə qərarı çıxarılıb. Qərara əsasən, lisey şagirdi ekran işindəki personajların öldürüldüyü üsulla, güllələnərək edam ediləcək.

"Azad Asiya Radiosu"nun məlumatına görə, diskin bir nüsxəsini alan digər şagird ömürlük həbsə, altı nəfər isə beş il ağır işlərə məhkum edilib.

Hadisə ilə bağlı Mərkəzi Komitə məktəb direktoru, gənclərlə iş üzrə katib və sinif müəllimləri işdən azad edib.

Qeyd edək ki, hadisənin ardından Şimali Koreya Qərbi və Cənubi Koreyadan olan materialların ölkəyə girişinə ciddi qadağa qoyub. Eyni zamanda, səlahiyyətlilər xarici medianı izləməyə imkan verən video CD-lər üçün məktəblilərin təhsil aldıqları müəssisələrdə axtarış aparır.