“Oflu hoca”ya ağır itki üz verdi - Foto

“Oflu hoca”ya ağır itki üz verdi - Foto
859 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oflu hoca” ləqəbiylə tanınan yumor ustası Çetin Altaya ağır itki üz verib.

Axşam.az xəbər verir ki, aktyorun anası Sadiye Altay dünyasını dəyişib. Bu barədə o, instaqram hesabında yazıb:

"Çox kədərliyəm, anam... Artıq yoxsan, bir daha olmayacağını bilmək canımı çox incidir... Fərqli bir hissdir, yoxluğuna öyrəşmək, istəsəm də  bir daha səninlə mübahisə edə bilməmək. Məgər, məni sıxdığını düşündüyüm o davalarımız nə gözəlmiş, amma cahilliyimdən qədrini bilməmişəm. İndi anlayıram, amma təbii ki, çox gecdir...

Səni incitdiyim hər an üçün çox peşmanam. Məkanın nurla dolsun, cənnət olsun. Səni çox sevirəm".