"Qara pantera 2"nin çəkilişləri dayandırıldı

"Qara pantera 2"nin çəkilişləri dayandırıldı
398 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qara pantera 2" filminin çəkilişlərində bədbəxt hadisə yaşanıb.

Axşam.az xəbər verir ki, ekran işində əsas rollardan birini ifa edən aktrisa Letitsiya Rayt çəkiliş zamanı ağır yaralanıb. Aktrisanın çiyni sınıb və o, beyin silkələnməsi keçirib.

Çəkilişlər bir müddət belə davam etsə də, Letitsiyanın vəziyyəti ağırlaşdığına görə, prodüser şirkəti aktrisa sağalana qədər çəkilişləri dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, ekran işinin ilk hissəsində baş rolu aktyor Çedvik Bouzman canlandırıb. O, ötən il xərçəngdən vəfat edib.