Ölümdən dönən aktrisa: "Vida ismarışları yazırdım"

Ölümdən dönən aktrisa: "Vida ismarışları yazırdım"
987 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda hamilə olan dünyaca məşhur 31 yaşlı aktrisa Cennifer Lourens ölümdən döndüyünü açıqlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Vanity Fair" nəşrinə müsahibə verən aktrisa hadisənin 2017-ci ildə təyyarədə baş verdiyini bildirib:

"Uçuş zamanı mühərriklərdən biri sıradan çıxdı. Mən və göyərtədəki bütün sərnişinlər təyyarənin düşdüyünü hiss etdik. Hamımız qorxuya düşmüşdük və ölümə hazırlaşırdıq. Ailə üzvlərimə kiçik vida ismarışları yazmağa başlamışdım. Xoşbəxtlikdən ikinci mühərrik çətin olsa da, təyyarənin təcili hazırlanmış zolağa enməyinə kömək etdi. Stress keçirdim. Sakitləşdirici dərmanlar və spirtli içki qəbul edib, digər təyyarəylə uçuşa davam etdim. O hadisədən sonra uçuşlara nifrət edirəm".