Ağır günündə sevgilisi Muradı tək qoymadı

Ağır günündə sevgilisi Muradı tək qoymadı
1620 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Dalkılıcın Türkiyədə Kuşadasında yaşayan atası Mehmet Sedat Dalkılıç infarkt keçirib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən Sedat həkim nəzarətindədir. Həkimlər onun səhhətinin ağır olduğunu açıqlayıb.

Atasının infarkt keçirdiyini eşidən Murad sevgilisi Sitare Akbaş və bacısı Elif Dalkılıç ilə birlikdə ora yollanıb.

"Atam infarkt keçirib. Xəstəxanadadır, reanimasiyaya yerləşdirilib. İnanıram ki, sağalacaq. Sabah daha da yaxşı olacaq" deyə, müğənni açıqlamasında deyib.