"Bir-birimizə aşiq olmuşuq, gözəl gün keçiririk"

"Bir-birimizə aşiq olmuşuq, gözəl gün keçiririk"
8764 dəfə oxunub
  • A-
  • A
  • A+

"Evdə iş də görürəm, hər şey edirəm. Çox da rahatam".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "Təzə məzə" proqramında deyib. Sənətçi uzun dırnaqları haqda verilən suallara sərt reaksiya verib.

Sosial şəbəkədəki paylaşımları ilə gündəmə gələn Lətifə bunu xanımların istəyi ilə etdiyini açıqlayıb:

"Sosial şəbəkə çox önəmlidir. Onu çox sevirəm. O da məni sevir. Bir-birimizə aşiq olmuşuq. Bərabər gözəl gün keçiririk. Bunu məndən izləyicilər izləyir. Xanımlar yazır ki, hekayə bölümü 24 saat sonra silinir, onu aktiv saxlayın. Ona görə də çalışıram hər dəfə paylaşımlar edim. Sosial şəbəkə sənin vizit kartına dönüşüb. Bir çox fotoları sildim. Artıq bir şeyə addım atacam deyə... Önəmli addımdır. Başa düşdüm ki, oranı başqa bir formaya gətirmək lazımdır".