Bədbəxt hadisələr Şeron Stoundan əl çəkmir

Bədbəxt hadisələr Şeron Stoundan əl çəkmir
1145 dəfə oxunub
  • A-
  • A
  • A+

Son bir ildə ağır günlər keçirən Hollivud ulduzu Şeron Stoun yenə çətin durumdadır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 63 yaşlı aktrisa bundan əvvəl iki əziz insanını itirib. Bu dəfə isə onun anasının səhhəti pisləşib.

Anası insult keçirən Şeron bu haqda özü məlumat yayıb. O, izləyicilərindən anası üçün dua etmələrini istəyib.

Şeron qeyd edib ki, 88 yaşlı anasının durumu pisdir. Bundan əvvəl isə qadın iki dəfə infarkt keçirib. Dorotanı koronavirusa yoluxmaqdan qoruyan Stoun bunun baş verəcəyini heç gözləmədiyini açıqlayıb.

Şeron bildirib ki, koronavirusdan nənəsi və xalası dünyasını dəyişib. "Anam o vaxt bundan qoruna bildi. İndi isə ailəmizin lənəti olan bir xəstəlik baş verdi" deyə, aktrisa bildirib.