Aleksandr Qradskiy vəfat etdi

Aleksandr Qradskiy vəfat etdi
890 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti, müğənni-bəstəkar Aleksandr Qradskiy vəfat edib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı sənətçi gecə saat 2 radələrində Moskvadakı xəstəxanaların birində dünyasını dəyişib.

Məlumata görə, Aleksandr noyabrın 26-da insult diaqnozuyla xəstəxanaya yerləşdirilmişdi. Onun sentyabrda keçirdyi koronavirus xəstəliyindən sonra səhhətinin pisə doğru getdiyi deyilirdi.

Qeyd edək ki, Qradskiy 40-dan artıq bədii, onlarla sənədli və cizgi filmlərin musiqi müəllifidir.