"Mənə görə 200 köynək satırdı" - İzzətdən iddialı açıqlama

"Mənə görə 200 köynək satırdı" - İzzətdən iddialı açıqlama
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mənə görə yaxası uzun olan köynəkləri mağazalarda satırdılar. Satıcı deyirdi, sənə görə 200 ədəd satmışam. Mənim özümə də pulla verirdi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Bazar düzü" verilişində deyib. Sənətçi bir çox dəbi səhnəyə onun gətirdiyini açıqlayıb. İzzət bildirib ki, indi mağazalar geyimləri sənət adamlarına pulsuz verir:

"İndi isə deyirlər, gəl, mağazada dayan, 1 reklam et, sənə də köynək verək. Saçda tağ ayırmaq, saç düzümü, mikrofun atıb tutmaq... Bunları mən gətirmişəm. Bunlar müğənninin aksesuarıdır. Əgər mənim saatım, ayaqqabım geyimimə uyğunlaşmırsa, olmaz. Baxıram kimdəsə heç nə uyğunlaşmır, özümü narahat hiss edirəm. Geyimdə hər şey bir-birini tamamlamalıdır. Üstümdə 6 yox, uzağı 2 rəng olub".