Arıqlama sevdası Sereni bu hala qoydu: "Sümüklərim əriyir"

Arıqlama sevdası Sereni bu hala qoydu: "Sümüklərim əriyir"
5287 dəfə oxunub
  • A-
  • A
  • A+

Etdirdiyi mədəkiçiltmə əməliyyatdan sonra sürətlə arıqlayan aparıcı Seren Serengil səhhətinin daha da pisləşdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, canlı yayıma qatılan aparıcı orqanlarının sıradan çıxdığını bildirib. 

"1,5 ildir ki, sağlamlıq problemlərim davam edir. Orqanlarım sıradan çıxmağa başlayıb. Həkimin sözlərinə görə, sirroza çevrilmək üzrədir. Əməliyyat etmək lazımdır, yavaş-yavaş əriyirəm. 6 ayda boyumdan 4,5 sm itirmişəm. Sümüklərin əriməsi başlayıb. Qan beynimə və ürəyimə axmır. Qorxuram” - deyə, Seren deyib.

O, bir müddət ekranlara çıxmayacağını, yeni bir əməliyyat etdirəcəyini açıqlayıb. 

Seren bir müddət əvvəl paylaşdığı fotoda mədəsini kiçildiyi üçün peşman olduğunu, əməliyyat videosunu həkimdən ala bilmədiyini, bu səbəbdən onları məhkəməyə verdiyini qeyd edib. O, "45 kiloqramam. Bədənimdə sadəcə 3 kiloqram yağ var. Hər an başıma bir iş gələ bilər. Yayıma necə çıxa bildiyimi iş yoldaşlarım görür: kameralar məni çəkməyəndə ürəyim bulanır, özümdən gedirəm. Ayaqyolu yaxın olmayan heç bir yerə gədə bilmirəm" deyə, vəziyyətinin pis olduğunu vurğulayıb.