“Tehran-43” filminin rejissoru vəfat etdi

“Tehran-43” filminin rejissoru vəfat etdi
544 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tehran-43” və “Qaçış” filmlərinin yaradıcısı, SSRİ xalq artisti, rejissor Vladimir Naumov 93 yaşında vəfat edib.

Axşam.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqından məlumat yayıb.

Bildirilib ki, Xalq artisti bu gün 93 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, V.Naumov  tələbəlik illərində kinoaktyor kimi debüt etdiyi “Üçüncü zərbə” (1948) filminin çəkiliş meydançasında rejissor İqor Savçenkonun köməkçisi olaraq işə başlayıb. Onun ölümündən sonra rejissor Aleksandr Alovla birlikdə çalışmağa başlayıb. "Köhnə qala", "Pavel Korçagin", "Polad necə bərkidi", "Külək" adlı ekran işlərini birlikdə ərsəyə gətiriblər.

Ona şöhrət gətirən "Tehran-43" detektiv filminin bəzi səhnələri isə Bakıda lentə alınıb.