Evdən çıxan COVID-19 xəstələri saxlanıldı

Evdən çıxan COVID-19 xəstələri saxlanıldı
567 dəfə oxunub
  • A-
  • A
  • A+

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı  ictimai yerlərdə bu xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bərdə RPŞ-nin keçirdiyi tədbirlər nəticəsində Vaqif Vəliyevin testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Əli Pirməmmədlinin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Hər iki şəxsin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.