Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn edildi - Fotolar

Helikopter qəzasında şəhid olan Fərid Nağıyev dəfn edildi - Fotolar
1651 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan baş leytenant Fərid Nağıyev dəfn edilib.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, F.Nağıyev ailəsinin istəyi ilə doğulduğu Beyləqan rayonunda dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.