Tünzalə Vasiflə görüşüb üzr istədi - Video

Tünzalə Vasiflə görüşüb üzr istədi - Video
3421 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Tünzalə Ağayeva bir neçə gün əvvəl tənqid etdiyi Əməkdar artist Vasif Məhərrəmli ilə bir araya gəlib.

Axşam.az xəbər verir ki, müğənni "Vasif, sən oxuya bilmirsən" sözlərinə aydınlıq gətirib. O bildirib ki, fikirləri yanlış anlaşılıb:

"İstəmətəm ki, sənət dostlarıma mən tərəfdən, mənim kəlimələrimdən ziyan dəysin. Vasif, üzr istəyirəm. Orada demək istəyirdim ki, Vasif, caz sənlik deyil, imkan ver oxuyum. Amma o sözünü orada demək istəyirdi. Vasif mənim və digər orada olan auditoriyada peşəkardır və sənətinin sahibidir".

Vasif isə "Sən də gözəl sənətin sahibisən. Mən də demək istəyirəm ki, sən peşəkarsan, sənət budur" sözlərini deyib.