Güclü külək əsəcək - Xəbərdarlıq

Güclü külək əsəcək - Xəbərdarlıq
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Axşam.az xəbər verir ki, dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 5-6-da ölkə ərazisində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.