"Yeriyə bilmirəm, evdə müalicə alıram" - Əlibaba Məmmədov

"Yeriyə bilmirəm, evdə müalicə alıram" - Əlibaba Məmmədov
1770 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.

Axşam.az lent.az-a istinadən xəbər verir ki, 92 yaşlı xanəndə ayaqlarının tutulduğunu bildirib.

"Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah yaxşı olar" deyə, Ə.Məmmədov söyləyib.

Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib.